İletişime Geç

Bizimlə Əlaqə və Müraciət Prosesi

1.Bizimlə Əlaqə Saxlayın

Bizimlə WhatsApp vasitəsilə (+994 55 773 96 64) əlaqə saxlaya bilərsiniz. Sizi dinləmək, suallarınıza cavab vermək və növbəti addımlarda sizə rəhbərlik etmək üçün buradayıq.

2.Sənədlərinizi Göndərin

Əlaqə qurduqdan sonra sizə qısa bir forma və təqdim etməli olduğunuz sənədlərin siyahısı göndəriləcək. Bura radioloji hesabatlar, patoloji nəticələr və digər tibbi qeydlər daxildir. Sənədlərinizi WhatsApp  və ya E-Mail vasitəsilə paylaşa bilərsiniz. Bu materiallar ilkin dəyərləndirmə üçün vacibdir.

3.İlkin Dəyərləndirmə

Komandamız sənədlərinizi aldıqdan sonra tibbi məlumatlarınızı nəzərdən keçirəcək və işinizin konsiliumda müzakirəyə uyğunluğu barədə sizi məlumatlandıracaq. Əgər əlavə sənəd və ya məlumat tələb olunsa, sizinlə yenidən əlaqə saxlanılacaq.

4.Konsilium Müzakirəsi

Onkoloji mütəxəssislərdən ibarət çoxşaxəli komandamız tibbi sənədlərinizi və nəticələrinizi onlayn konsiliumda (Tumorboard) ətraflı müzakirə edəcək. Komanda xəstəliyinizi təhlil edərək sübuta əsaslanan müalicə tövsiyəsi hazırlayacaq.

5.Onlayn Məsləhətləşmə

Konsiliumun nəticələrinə əsasən sizinlə onlayn görüş keçiriləcək.
Bu mərhələdə siz:

· Tövsiyələri ətraflı dinləyə,

· Suallarınızı verə,

· Müalicə və xəstəliyinizlə bağlı narahatlıqları müzakirə edə bilərsiniz.

6. Ətraflı Hesabat

Onlayn məsləhətləşmədən sonra sizə müalicə tövsiyələrinin tam yazılı hesabatı e-poçt vasitəsilə göndəriləcək. Bu sənədi Azərbaycandakı müalicə həkiminizlə paylaşa və müalicənizi davam etdirə bilərsiniz. Komandamız sonrakı mərhələlərdə də əlavə suallarınızı cavablandırmağa və dəstək göstərməyə hazır olacaq.

7. Almaniyada Davamlı Müalicə (istəyə görə)

Əgər müalicəni Almaniyada davam etdirmək istəsəniz, biz sizin üçün xərçəng növünüzə uyğun ən yaxşı klinikalarla əlaqə qurmağa kömək edəcəyik. Komandamız müraciət, sənədləşmə və qəbul prosesini asanlaşdıracaq ki, siz müalicəyə rahat şəkildə başlaya biləsiniz.

Xidmət Haqqı

Sənədlər göndərildikdən sonra ilkin baxış və sizin üçün fərdi təklif paketinin hazırlanması xidmətinin dəyəri 50 AZN təşkil edir.

Prepared by  T-Soft E-Commerce.