Biz sizi anlayırıq
Xərçəng diaqnozu almaq hər kəs üçün sarsıdıcı və mürəkkəb bir təcrübədir. Bu prosesdə siz çoxsaylı tibbi terminlərlə, çətin qərarlarla və böyük məsuliyyət hissi ilə üzləşirsiniz. Biz Oncoboard komandası olaraq, bu yolda sizə elmi əsaslı, peşəkar və etibarlı dəstək göstərmək üçün buradayıq.
Oncoboard – Almaniya onkologiya mütəxəssisləri şəbəkəsi
Oncoboard Almaniyada fəaliyyət göstərən azərbaycanlı həkimlərin təşəbbüsü ilə yaradılmış beynəlxalq tibbi platformadır. Məqsədimiz xərçəng xəstələrini Almaniyanın aparıcı onkoloqları ilə bir araya gətirərək, hər bir pasiyent üçün ən uyğun və effektiv müalicə strategiyasını müəyyən etməkdir.
Komandamız onkoloq, şüaterapevt, cərrah, patoloq və radioloqlardan ibarətdir. Hər bir xəstənin tibbi sənədləri və diaqnozu multidissiplinar konsiliumda ətraflı şəkildə təhlil edilir. Bu birgə qərarvermə prosesi sayəsində siz sübuta əsaslanan, fərdiləşdirilmiş müalicə tövsiyələri əldə edirsiniz.
Niyə Oncoboard?