İletişime Geç

Oncourse – Onkologiyada Gələcəyinizi Qurun

Oncourse, onkologiya sahəsində fəaliyyət göstərən həkimlər, rezidentlər və tibb tələbələri üçün nəzərdə tutulmuş interaktiv tədris platformasıdır. Məqsədimiz – sizə beynəlxalq səviyyədə müasir, sübuta əsaslanan bilikləri qısa zamanda və praktik formada təqdim etməkdir.Dərslər fərqli ölkələrdə çalışan onkoloq, hematoloq, cərrah və radioloqlar tərəfindən keçirilir. Hər dərs — real klinik təcrübələr, ən son protokollar və aktual tədqiqatların tətbiqi üzərində qurulub. Qısa zamanda biliklərinizi yeniləmək, praktiki təcrübədən faydalanmaq və sahənizdə bir addım irəlidə olmaq üçün Oncourse yanınızdadır.

 

Xidmətlərimiz

 ·   Canlı və qeydə alınmış dərslər - Bütün kurslar Oncoboard platforması üzərindən onlayn şəkildə keçirilir.İstədiyiniz mövzu üzrə dərsə istənilən vaxt qoşula, ya da keçmiş kursları uyğun qiymətə əldə edə bilərsiniz. Yeni canlı onlayn kursların elanları müntəzəm olaraq saytda paylaşılır.

·    Tədris imkanı həkimlər üçün - Öz sahəsində təcrübəli onkoloq, hematoloq, radioloq və cərrahlar Oncourse müəllimi kimi platformamıza qoşularaq biliklərini paylaşa bilərlər.

 

Niyə Oncourse?

·       Qısa müddətdə maksimum bilik

·       Real klinik təcrübədən nümunələr

·       Müxtəlif ölkələrdən təcrübəli mütəxəssislər

·       Onkoloji sahədə karyeranıza dəyər qatan tədris proqramları

 

Qoşulun və inkişaf edin!

Daha çox öyrənmək, biliklərinizi yeniləmək və beynəlxalq mütəxəssislərlə eyni platformada olmaq istəyirsinizsə — Oncourse ilə bu, artıq mümkündür.

Xidmətlərimizdən faydalanmaq üçün bizimlə əlaqə saxlaya bilərsiniz:

 Telefon: +994 55 773 96 64
 Instagram: 
nmedicalgroup.az
 Facebook: 
nmedicalgroupaz

Filtr seçimi
{{ SELECTED.TEXT }} ×
{{ FILTERS.VARIANTS.TYPE1_NAME }}
{{ FILTERS.VARIANTS.TYPE2_NAME }}
{{ FILTER.NAME }}

Oncourse

Prepared by  T-Soft E-Commerce.